525.Az

Lütfi Zadə olimpiadası və fənn müsabiqələrinin finalı başlayır


 

Lütfi Zadə olimpiadası və fənn müsabiqələrinin finalı başlayır<b style="color:red"></b>

Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final turunun buraxılış vərəqələrinin çap edilməsi prosesinə başlanılır.

525.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu bildirib.

1 iyun tarixindən etibarən şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən buraxılış vərəqələrini çap edə bilərlər.

Qeyd edək ki, 3 iyun 2023-cü il tarixində ümumtəhsil müəssisələrinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadası, VI,VII sinif şagirdləri arasında isə Məktəblilərarası fənn müsabiqələrinin final turu keçiriləcək.

İmtahanlar Bakı, Sumqayıt, Şirvan, Şəki, Gəncə şəhərlərində təşkil olunacaq.

Sevinc Qarayeva 

 





01.06.2023    çap et  çap et