525.Az

Bəzi ərazilərdə leysan yağış yağıb, çaylarda sululuq artıb


 

Bəzi ərazilərdə leysan yağış yağıb, çaylarda sululuq artıb<b style="color:red"></b>

İyunun 1-i saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 525.az-a bildirilib ki, Daşkəsən, Göygöl, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Qax, İsmayıllı, Quba, Xaltan, Qrız, Kürdəmir, Neftçalada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan yağışlarla əlaqədar bəzi çaylarda sululuq artıb.

 





02.06.2023    çap et  çap et