525.Az

Nazim Müzəffərliyə Qırğızıstan Milli Universitetinin “Fəxri professoru” adı verilib


 

Nazim Müzəffərliyə Qırğızıstan Milli Universitetinin “Fəxri professoru” adı verilib<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərliyə (İmanov) Qırğızıstan Milli Universitetinin (QMU) “Fəxri professor”u adı verilib. Bu barədə QMU-nun Elmi Şurası qərar qəbul edib.

525.az xəbər verir ki, iyunun 2-də Bişkekdə, Qırğızıstan Milli Universitetində keçirilən tədbirdə Universitetin rektoru Tolobek Abdrahmanov Nazim Müzəffərliyə “Fəxri professor” diplomunu təqdim edib.

Bununla yanaşı, Qırğızıstan Milli Universiteti ilə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu arsında elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memarandumu imzalanıb. Sənədi prof. Nazim Müzəffərli və rektor Tolobek Abdrahmanov imzalayıblar.

İyunun 1-2-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Cəmiyyət və Elm” İctimai Fondunun təşkiltçılığı ilə “İqtisadi və ekoloji çağırışlar şəraitində davamlı inkişaf” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Qırğızıstan Milli Universitetində keçirilən tədbirdə Azərbaycandan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərlinin (İmanov) rəhbərliyi ilə İnstitutun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, dosent Azər Səfərov və aparıcı elmi işçi, dosent Famil Rüstəmov iştirak ediblər. Alimlərimiz beynəlxalq konfransda məruzə ilə çıxışlar ediblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.  

Konfrans MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil olunub. Beynəlxalq tədbirə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Moldova, Özbəkistandan olan alimlər və tədqiqatçılar qatılıblar.

 





02.06.2023    çap et  çap et