525.Az

Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu uzadılıb


 

Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu uzadılıb<b style="color:red"></b>

Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu uzadılıb.

Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbulunun müddəti 14 iyul 2023-cü il tarixinədək uzadılıb.

Bununla da cari müraciətlər sırasında qəbul sənədi və digər məsələlər üzrə çatışmazlıqları olan namizədlərə sözügedən halları aradan qaldıraraq müraciətlərini tamamlamaları üçün imkan yaradılır.

Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.

Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.

Sevinc Qarayeva 

 





02.06.2023    çap et  çap et