525.Az

Ötən ay İnsan Resursları Mərkəzinə 8743 müraciət daxil olub


 

Ötən ay İnsan Resursları Mərkəzinə 8743 müraciət daxil olub<b style="color:red"></b>


Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə may ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.

Mərkəzdən 525.az-a bildirilib ki, ötən ay ərzində ümumilikdə 8743 müraciət daxil olub.

Müraciətlərin 634-ü feysbuk, 7621-i çağrı mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 268, sayt üzərindən isə 169 müraciət daxil olub. 51 vətəndaş isə qəbulda iştirak edib.

Sevinc Qarayeva 

 





02.06.2023    çap et  çap et