525.Az

BDU-da “Heydər Əliyev İli”nə həsr edilmiş xüsusi dərs


 

BDU-da “Heydər Əliyev İli”nə həsr edilmiş xüsusi dərs<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində xüsusi dərs təşkil edilib.

BDU-dan 525.az-a bildirilib ki, xüsusi dərsdə Ulu Öndər Heydər Əliyevin ölkəmizdə kitabxana quruculuğundakı tarixi xidmətlərindən bəhs olunub. Mövzu ilə bağlı İnformasiya və sənəd menecmenti fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Zahidə Rzayeva mühazirə söyləyib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətinin hər iki dövründə kitabxana işinə yüksək qiymət verib, bu sahənin inkişafı üçün mühüm addımlar atıb. Bu gün ölkəmizdə mövcud olan kitabxana şəbəkəsi bir sistem kimi Ümummilli Liderin respublikamıza rəhbərliyinin birinci dövründə formalaşıb: “Ulu Öndər müstəqillik illərində də kitabxana-informasiya fəaliyyətinin inkişafına mühüm töhfələr verib, bu sahənin hüquqi bazası formalaşıb”.

Mühazirədə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev kitabxana-informasiya fəaliyyətinin, nəşriyyat sektorunun inkişafı üçün əməli addımlar atır: “Bu gün ölkəmizdə kitabxana-informasiya fəaliyyəti sahəsində həyata keçirilən siyasətin qayəsini müasir dövrün çağırışlarına cavab verən kitabxana-informasiya şəbəkəsinin yaradılması, informasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq standartların tətbiqi, kitabxana -informasiya resurslarının dünya informasiya məkanına inteqrasiyasının təmin edilməsi, elektron informasiya fondlarının formalaşdırılması, virtual kitabxanaların inkişaf etdirilməsi kimi innovativ istiqamətlər təşkil edir”.

Mühazirədə, həmçinin qeyd edilib ki, hazırda kitabxana-informasiya fəaliyyəti sahəsində qarşıda duran mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş Qarabağda kitabxana infrastrukturunun bərpasıdır.

Xüsusi dərs tələbələr tərəfindən diqqətlə dinlənilib, mühazirəçiyə suallar ünvanlanıb.

Sevinc Qarayeva 

 





02.06.2023    çap et  çap et