525.Az

Rusiya Zaporojyeni atəşə tutub


 

Rusiya Zaporojyeni atəşə tutub<b style="color:red"></b>

Rusiya hərbçiləri Zaporojye vilayətinin Kamışevaxa kəndindəki çoxmərtəbəli binanı atəşə tutub.

525.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Zaporojye hərbi vilayət administrasiyasının rəhbəri Yuri Malaşko məlumat yayıb.

O bildirib ki, hücum nəticəsində 2 nəfər dinc sakin həlak olub, 4 mülki şəxs yaralanıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

 





02.06.2023    çap et  çap et