525.Az

Hindistan səfirliyi Respublika Velodromunda Yoqa sessiyası keçirib


 

Hindistan səfirliyi Respublika Velodromunda Yoqa sessiyası keçirib<b style="color:red"></b>

Hindistanın Azərbaycandakı səfirliyi Bakıda yerləşən Respublika Velodromunda ictimaiyyət üçün açıq Yoqa sessiyası təşkil edib. Sessiya 200-ə yaxın yoqa həvəskarını və peşəkarlarını bir araya gətirib.

525.az-a səfirlikdən verilən məlumata görə, tədbirin mötəbər iştirakçıları sırasında Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan, Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri Əlibaba Əliyev, Respublika Velodromunun direktoru Tamerlan Salahov, eləcə də Azərbaycan Velosiped Federasiyasının rəsmi şəxsləri və yoqa klubunun üzvləri yer alıblar.

Tədbirin əvvəlində səfir Sridharan Madhusudhanan və müşavir Əlibaba Əliyev iştirakçıları salamlayıblar. Onlar yoqanın ümumi sağlamlıq üçün çoxsaylı faydalarını vurğulayıblar və müxtəlif xalqları, millətləri birləşdirən rolunu qeyd ediblər.

Yoqa seansına tanınmış yoqa təlimatçısı Elçin Quliyev rəhbərlik edib. Onun apardığı yoqa seansı bütün iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Tədbirə mədəni çalar qatmaq üçün Solmaz Əsgərova yoqa seansından sonra füsunkar Hindistan və Azərbaycan rəqslərini ifa edib. Bütün iştirakçılara dadlı hind qəlyanaltıları təqdim olunub.

Beynəlxalq Yoqa Günü çərçivəsində keçirilmiş bu açıq yoqa tədbiri qədim Hindistan təcrübəsinin faydaları haqqında məlumatlılığın yayılmasına kömək edib. Hindistan səfirliyi yoqanın sağlamlıq və harmoniya vasitəsi kimi təbliği üçün bütün dəstəyi davam etdirəcək.

Pərvanə Sultanova

 





02.06.2023    çap et  çap et