525.Az

Yaponiyada qasırğa xəbərdarlığı


 

Yaponiyada qasırğa xəbərdarlığı<b style="color:red"></b>

Şərqi Asiyada meydana gələn tropik "Mawar" qasırğasından təsirlənən Yaponiyada daşqın və sürüşmə xəbərdarlığı edilib.

525.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) ölkənin cənub-qərb bölgəsini vuran tropik "Mawar" qasırğası ilə bağlı xəbərdarlıqlarını yeniləyib. Sakit Okeandakı əyalətlər üçün daşqın və sürüşmə xəbərdarlığı edən JMA, Koçi də daxil olmaqla bəzi bölgələrdə müvəqqəti təxliyə çağırışı edib. Sürəti saatda 160 kilometrdən çox olan qasırğanın ölkənin qərbindəki Okinavaya doğru istiqamətlənəcəyi gözlənilir.

Qeyd edək ki, Şikoku və Kinki bölgələrində həyat üçün təhlükə yaradan təbii fəlakətlər barədə xəbərdarlıq edən agentlik, 9 metrlik dalğaların Okinava sahillərinə çata biləcəyini açıqlayıb.

Məhəmməd Tağıyev

 





02.06.2023    çap et  çap et