525.Az

ABŞ "British Airways"i cərimələdi


 

ABŞ "British Airways"i <b style="color:red">cərimələdi</b>

ABŞ Nəqliyyat Nazirliyi Böyük Britaniya mərkəzli "British Airways" (BA) aviaşirkətini pandemiya zamanı uçuşların təxirə salınması səbəbindən sərnişinlərə sonradan geri ödəniş etmədiyi üçün 1,1 milyon dollar cərimələyib.

525.az xəbər verir ki, nazirlik, haqqında 1200-dən çox şikayət olan aviaşirkətin sərnişinlərə ödənişləri vaxtında həyata keçirmədiyini bildirib. BA isə ittihamları rədd edərək, hər zaman qanuna uyğun hərəkət edildiyini deyib.

Nazirlikdən verilən məlumata görə, şirkətin internet saytında 2020-ci ilin mart-noyabr ayları arasında sərnişinlərdən ləğv edilmiş və ya dəyişdirilmiş uçuş tarixləri ilə bağlı BA ilə telefonla əlaqə saxlamaları xahiş olunub.

Qeyd edək ki, sərnişinlər aylarla müştəri xidmətlərinə müraciət edə bilmədiklərindən şikayətlənirlər .

Məhəmməd Tağıyev

 





02.06.2023    çap et  çap et