525.Az

Kanadada şiddətli meşə yanğınları davam edir


 

Kanadada şiddətli meşə yanğınları davam edir<b style="color:red"></b>

Qlobal istiləşmə səbəbiylə meşə yanğınları mövsümünün erkən başladığı Kanadada günlərdir davam edən yanğınlar səbəbindən təxminən 3 milyon hektar meşə sahəsinin yandığı açıqlanıb.

525.az xəbər verir ki, fövqəladə hallara hazırlıq naziri Bill Bleyer verdiyi açıqlamada Kanadada meşə yanğınlarının ölkənin bir çox bölgəsinə təsir etdiyini bildirib. Bleyer yanğınların təxminən 3 milyon hektar meşə sahəsini məhv etdiyini deyib. Kanadanın Yeni Şotlandiya bölgəsində bazar günündən bəri davam edən yanğınlara müdaxilə etmək üçün bölgəyə hərbi personalın göndərildiyini söyləyən Bleyer, çalışan hər kəsin əla iş gördüyünü, lakin daha çox köməyə ehtiyac olduğunu vurğulayıb.

Qeyd edək ki, Bleyer ABŞ-dən 800, Avstraliya və Yeni Zelandiyadan 224 yanğınsöndürənin yalnız Alberta əyalətində meşə yanğınları ilə mübarizə apardığını, Cənubi Afrikadan 215 yanğınsöndürənin isə qısa müddət ərzində Kanadaya gələcəyini söyləyib.

Məhəmməd Tağıyev

 





02.06.2023    çap et  çap et