|
|
|
|
ABŞ Rusiya vətəndaşlarının onları düşmən kimi qəbul etmələrini istəmir və Rusiyada hakimiyyəti devirmək fikrində deyil.
525.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Helsinkidə çıxışı zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.
Blinken amerikalıların ruslarla düşmənçilik etmək istəmədiyini təsdiqləyərək: “Otuz ildir ki, biz Moskva ilə sabit əməkdaşlıq münasibətlərini qoruyub saxlamışıq, çünki təhlükəsiz və firavan Rusiyanın Amerikanın maraqlarına uyğun olduğuna inanırıq”, - deyə qeyd edib.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iddia edib ki, ABŞ Moskvadakı səfirliyinin diplomatik nümayəndələrinin iştirakı ilə açıq kampaniyadan istifadə edir və indiki hökuməti devirməyə çalışır.
Havar Şəfiyeva