525.Az

Çindən çağırış: müharibə tərəflərinə silah yardımını dayandırın


 

Çindən çağırış: <b style="color:red">müharibə tərəflərinə silah yardımını dayandırın</b>

Çin bütün ölkələri döyüşən tərəflərə silah göndərməyi dayandırmağa çağırıb.

525.az "Sky News" ə istinadən xəbər verir ki, bu barədə Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui bildirib.

O, döyüş meydanına silah göndərilməsini dayandırmağın və diqqəti sülh danışıqlarına yönəltməyin vacibliyini vurğulayaraq əlavə edib ki, Çin danışıqlar üçün Avropaya daha bir nümayəndə heyəti göndərməyə hazırdır.

Qeyd edək ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirmişdi ki, Pekin konsensusu gücləndirməyə və Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çalışmağa davam edəcək. Onun sözlərinə görə, Çin bütün tərəflərlə dialoqu gücləndirəcək və Ukrayna böhranının siyasi həllinə öz töhfəsini verəcək.

Havar Şəfiyeva 

 





02.06.2023    çap et  çap et