525.Az

ABŞ-dən İran şirkətinə sanksiya


 

ABŞ-dən İran şirkətinə sanksiya<b style="color:red"></b>

ABŞ İranın “Arvan Cloud” şirkəti və onun Dubaydakı törəmə şirkəti “ArvanCloud Global Technologies”ə İranda internetə senzura qoymağa Tehran hakimiyyətinə kömək etdiyinə görə sanksiya tətbiq edib.

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Arvan Cloud”un iki təsisçisinin adı “qara siyahı”ya salınıb ki, onların hər ikisi hazırda şirkətdə rəhbər vəzifələrdə çalışırlar.

Qeyd edək ki, ABŞ hökuməti “Arvan Cloud”un İranın kəşfiyyat orqanları ilə sıx əlaqələrə malik olduğu fikirndədir.

Qoşqar Bəylərov

 





02.06.2023    çap et  çap et