https://525.az/img/pics/medium/2023-09/284199_he2km5ueq1.jpg Azərbaycan Prezidentinin xalqa müraciəti dünya mətbuatında geniş işıqlandırılıb
https://525.az/img/pics/medium/2023-09/284190_3yz08smrpl.jpg “525-ci qəzet”in 22 sentyabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Təvazökar insan, vətənsevər ziyalı - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2023-09/284139_29rdzr3etl.jpg Üçüncü xəbərdarlıq
search
21 Sentyabr 2023

Tomas Bax Azərbaycan Taekvondo Federasiyasının qonağı olub

Tomas Bax Azərbaycan Taekvondo Federasiyasının qonağı olub

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax, Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu və WT-nin baş katibi Seo Jeonqkanq Azərbaycan Taekvondo Federasiyasının (ATF) qonağı olublar.

"525.az"ın məlumatına görə, onlar gənclər və idman naziri Fərid Qayıbov, ATF prezidenti Kəmaləddin Heydərov, vitse-prezidentlər Nağı Səfərov və Niyaməddin Paşayevlə görüşüblər.

Qonaqlara Azərbaycanda taekvondonun hazırkı durumu barədə məlumat verilib, bu idman növünün daha da inkişafı və kütləviləşməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanın taekvondo üzrə dünya çempionatına və Dünya Taekvondosunun 50 illik yubiley tədbirinə ev sahibliyi etməsi tarixi hadisədir.

IOC və WT prezidentləri ardınca ATF-in idman zalında məşq edən taekvondoçularla da söhbət ediblər. Onlara xatirə hədiyyələri təqdim edən qonaqlarla komanda ilə xatirə şəkli də çəkdiriblər.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.