525.Az

Rusiyada kitablar kəskin bahalaşdı


 

Rusiyada kitablar kəskin bahalaşdı<b style="color:red"></b>

Rusiyada son bir ildə kitablar 15-20 % bahalaşıb, bu ilin sonuna kimi qiymətlərin daha 15 % artacağı gözlənilir.

525.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Kitab İttifaqı (RKİ) və nəşriyyatları məlumat yayıb.

Bildirilib ki, qiymət artımı kitab çapı üçün lazım olan xaricdən gətirilən materialların bahalaşması, Avropadan gətirilən avadanlıq və ehtiyat hissələrinin bahalaşması, eləcə də yerli kağızın qiymətindəki artıımla bağlıdır.

“Amillərin birləşməsi - kağız qıtlığı, valyuta məzənnəsinin dəyişməsi - son bir ildə kitab istehsalının maya dəyərinin 30 % artmasına səbəb oldu. Bazar nümayəndələri pərakəndə qiymətləri saxlayıblar, lakin yenə də onların artımı təxminən 15-20 % təşkil edib”, - məlumatda deyilir.

Qeyd edək ki, 2023-cü ildə kitab qiymətlərində də artım olacağı gözlənilir. RKİ bunun 10-15 % olacağını güman edir.

 





04.06.2023    çap et  çap et