525.Az

Ərdoğan Stoltenberqi qəbul edib


 

Ərdoğan Stoltenberqi qəbul edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.

525.az xəbər verir ki, Dolmabaxça sarayında baş tutan görüş saat 14.00-da başlayıb.

Qəbul mətbuata qapalı keçirilir.

Görüşdə bölgədə baş verən hadisələrlə yanaşı, İsveçin NATO-ya üzvlüyü məsələsi də müzakirə edilir.

 





04.06.2023    çap et  çap et