525.Az

Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 53 faiz artıb


 

Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 53 faiz artıb<b style="color:red"></b>

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 578 milyon 933,4 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 53% çoxdur.

525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Almaniyadan Azərbaycana idxalın həcmi 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 43.1% artaraq 263 milyon 438 dollara bərabər olub. Eyni dövrdə Azərbaycandan Almaniyaya ixracın həcmi isə 63% artaraq 315 milyon 494,41 min dollar təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Almaniyaya 13 milyon 348 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

 





05.06.2023    çap et  çap et