525.Az

Azərbaycanın valyuta ehtiyatları 66 milyard dollara çatıb


 

Azərbaycanın valyuta ehtiyatları 66 milyard dollara çatıb<b style="color:red"></b>

"Ölkəmizin strateji valyuta ehtiyatları 12% artaraq 66 mlrd dollara çatıb".

525.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın da valyuta ehtiyatları 2,2% artaraq 9,2 mlrd dollar olub: “Bank sektoru 45,6 mlrd. manat aktivlərdən ibarətdir. Kredit portfelimiz 4% artaraq, 20 mlrd. manata çatıb. Fiziki və hüquqi şəxslərin depozit bazası 5%-dən artıq artım göstərib. Aprel ayında kredit portfelinin keyfiyyəti 3,7%-ə düşüb”.

 





05.06.2023    çap et  çap et