Kubada sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər ölüb, 30 nəfər yaralanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Batabano limanından yola düşən sərnişin avtobusu Havana-Melena magistralının 10-cu kilometrliyində aşıb.
Qəzada avtobusda olan 4 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 30 nəfər yaralanıb.
Kuba Prezidenti Migel Diaz-Kanel "Twitter" hesabında etdiyi paylaşımda, qəzada həlak olanlar üçün kədərləndiklərini və ailələrlə həmrəy olduqlarını bildirib.
Məhəmməd Tağıyev