525.Az

Kubada avtobus aşdı: 4 ölü, 30 yaralı


 

Kubada avtobus aşdı: <b style="color:red">4 ölü, 30 yaralı</b>

Kubada sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər ölüb, 30 nəfər yaralanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Batabano limanından yola düşən sərnişin avtobusu Havana-Melena magistralının 10-cu kilometrliyində aşıb.

Qəzada avtobusda olan 4 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 30 nəfər yaralanıb.

Kuba Prezidenti Migel Diaz-Kanel "Twitter" hesabında etdiyi paylaşımda, qəzada həlak olanlar üçün kədərləndiklərini və ailələrlə həmrəy olduqlarını bildirib.

Məhəmməd Tağıyev

 





05.06.2023    çap et  çap et