525.Az

Çində torpaq sürüşməsində ölənlərin sayı 19-a çatdı


 

Çində torpaq sürüşməsində ölənlərin sayı 19-a çatdı<b style="color:red"></b>

Çinin Sıçuan əyalətində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub, torpaq və qaya parçaları altında qalan 19 nəfər ölüb.

525.az xəbər verir ki, torpaq sürüşməsi ölkənin cənub-qərbindəki Sıçuan əyalətinin Lisen şəhərində mədən ocağında baş verib. Sürüşmə mədənçilərin iş və yaşayış sahələrinin olduğu əraziyə təsir edib.

Çoxlu sayda işçi torpaq və qaya parçaları altında qalıb. 19 nəfərin meyiti tapılıb. Ərazidə axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, sürüşmədən iki gün əvvəl bölgədə güclü yağış yağdığı bildirilib.

Məhəmməd Tağıyev

 





05.06.2023    çap et  çap et