525.Az

Seneqalda etirazlarda 500 nəfər saxlanılıb


 

Seneqalda etirazlarda 500 nəfər saxlanılıb<b style="color:red"></b>

Seneqalda müxalifət lideri və prezidentliyə namizəd Ousmane Sonkonun həbsə məhkum edilməsindən sonra baş verən hadisələrdə 500-ə yaxın adam saxlanılıb.

525.az xəbər verir ki, daxili işlər naziri Antoine Diome paytaxt Dakarda mətbuata verdiyi açıqlamada 1 iyunda başlayan etirazlardan sonra aralarında siyasi partiya üzvləri də olan təxminən 500 nəfərin saxlanıldığını söyləyib. Həftəsonu ölkədə gərginliyin azaldığını bildirən Diome, etirazlarda xarici qüvvələrin təsirli olduğunu və ölkəsinin hücuma məruz qaldığını iddia edib.

Qeyd edək ki, Diome etirazçıların infrastruktur obyektlərinə ziyan vurduğunu və məhv etdiyini vurğulayıb.

Məhəmməd Tağıyev

 





05.06.2023    çap et  çap et