525.Az

İsveç NATO-ya üzv olmağa hazırdır - Stoltenberq


 

İsveç NATO-ya üzv olmağa hazırdır - <b style="color:red">Stoltenberq</b>

İsveç Türkiyənin bütün tələblərini yerinə yetirib və NATO-ya üzv olmağa hazırdır.

525.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

O, bunun üçün İsveçin bəzi qanunları dəyişdirməli olduğunu izah edib. Türkiyə Prezidenti ilə görüşdə İsveçlə növbəti görüşünün iyunun 12-də keçirilməsi barədə razılığa gəldiyini deyib.  

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken etiraf etmişdi ki, İsveç hərbi alyans ölkələrinin iyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan sammiti üçün NATO-ya qəbul edilə bilər.

Havar Şəfiyeva

 





05.06.2023    çap et  çap et