525.Az

20 ölkənin kəşfiyyat rəhbəri gizli görüşdülər


 

20 ölkənin kəşfiyyat rəhbəri <b style="color:red">gizli görüşdülər</b>

Dünyanın 20 ölkəsinin kəşfiyyat rəhbərləri ümumi təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Sinqapurda gizli görüş keçiriblər.

525.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu rus politoloq Stanislav Bışok deyib.

“Biz adi insanlarıq və bizə elə gəlir ki, kəşfiyyatçılar son dərəcə gizli adamlardır. Əslində hər şey elə deyil, hansı ölkədə işləməsindən asılı olmayaraq, onlar ümumi bir işlə məşğul olurlar. Reallıqda kəşfiyyatçı maraqlandığı ölkənin ambisiya və planlar haqqında açıq dediklərinin reallığa nə qədər uyğun olduğunu aydınlaşdırır”.

Qeyd edək ki, bundan əvvəl də məlum olmuşdu ki, dünyanın ən böyük 20 kəşfiyyat xidmətinin yüksək vəzifəli məmurları Sinqapurda gizli görüş keçiriblər. Dövlətlər arasında münasibətlərin gərgin olmasına baxmayaraq, ABŞ və Çin nümayəndələrinin orada iştirak etdiyi bildirilir.

Havar Şəfiyeva

 





05.06.2023    çap et  çap et