ABŞ-nin paytaxtı Vaşinqton və ətraf ştatlarda eşidilən yüksək səsli partlayışlar panikaya səbəb olub.
525.az xarici mediaya istinadən xəbər verir ki, Virciniya, Vaşinqton və Merilend ştatlarının bir çox sakini güclü partlayış eşidib polisə müraciət ediblər.
Rəsmilərdən uzun müddət izahat verilməməsi çaxnaşmanı daha da artırıb. Hadisədən 45 dəqiqə sonra Merilend ştatının Annapolis bölgəsində polis partlayışın məşq edən reaktiv təyyarənin səsindən qaynaqlandığını açıqlayıb.
Malik Atilay