525.Az

Süveyş kanalında nəqliyyatın hərəkəti normallaşıb


 

Süveyş kanalında nəqliyyatın hərəkəti normallaşıb<b style="color:red"></b>

Misir Süveyş kanalında tıxac yaradan neft tankerinin yedək gəmilər tərəfindən kanaldan çıxarılmasından sonra kanalda dəniz nəqliyyatının normallaşdığını açıqlayıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Süveyş Kanalı İdarəsi mövzu ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamaya görə, Süveyş Kanalı Administrasiyasının rəhbəri Usamə Rabi nasazlıqda olan tankerin xilas edilməsindən sonra Süveyş kanalında dəniz nəqliyyatının normallaşdığını bildirib.

Rabi daha əvvəl Rusiyadan Çinə hərəkət edən “SEAVIGOUR” adlı neft tankerinin kanaldan keçərkən tıxac yaratdığını, 3 yedək gəmisinin tankeri yedəyə çəkməyə başladığını və bir saat ərzində kanalda hərəkətin normallaşacağını bildirmişdi.

Qeyd edək ki, mayın 25-də texniki nasazlıq səbəbindən Süveyş kanalında yük gəmisi quruya çırpılıb və gəmi xilas edildikdən sonra kanalın hərəkəti normallaşıb.

Malik Atilay

 





05.06.2023    çap et  çap et