525.Az

Pakistanda bombalı hücum


 

Pakistanda bombalı hücum<b style="color:red"></b>

Pakistanın Hayber Paxtunxva əyalətində silahlıların bombalı hücumu nəticəsində iki mülki şəxs həlak olub. 

525.az "Dawn" qəzetində yer alan xəbərə əsasən bildirir ki, əyalətin Bajaur bölgəsində yola qoyulan uzaqdan idarə olunan bomba pikap keçərkən işə düşüb. Hücum nəticəsində iki mülki şəxs həlak olub. Avtomobilin təhlükəsizlik məntəqəsinə qum daşıması və hücumun bu səbəbdən həyata keçirilə biləcəyi ehtimalına diqqət yetirilir. 

Qeyd edək ki, hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Malik Atilay

 





05.06.2023    çap et  çap et