525.Az

Benzema yeni klubu ilə müqavilə imzalayıb


 

Benzema yeni klubu ilə müqavilə imzalayıb<b style="color:red"></b>

Fransalı hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanın “Əl-İttihad” klubu ilə müqavilə imzalayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda tanınmış insayder Fabritsio Romano tviterdə paylaşım edib.

Romano bildirib ki, "Real Madrid"dən ayrılan 36 yaşlı futbolçu ərəblərlə keçidin bütün detallarını razılaşdırıb.

Məlumata görə, Benzema yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən bəri “Real Madrid” klubunda forma geyinir.

Qoşqar Bəylərov

 





05.06.2023    çap et  çap et