525.Az

Son sutkada COVİD-19 əleyhinə peyvənd vurulmayıb


 

Son sutkada COVİD-19 əleyhinə peyvənd vurulmayıb<b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə 525.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 965 844, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 526, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 932, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 148, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 238 təşkil edir.

 





05.06.2023    çap et  çap et