525.Az

Dövlət Departamenti: "ABŞ Azərbaycanla Ermənistan arasında danışıqlardan məmnundur"


 

Dövlət Departamenti: "ABŞ Azərbaycanla Ermənistan arasında danışıqlardan məmnundur"<b style="color:red"></b>

"Tərəflər Cənubi Qafqaz regionu üçün dinc gələcək naminə işləməyə davam edərkən biz bu ay Vaşinqtonda danışıqların növbəti mərhələsinə ev sahibliyi etməyi səbirsizliklə gözləyirik".

525.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel brifinqdə deyib.

"Əvvəllər də qeyd etdiyim kimi, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır. ABŞ liderlərin son görüşü də daxil olmaqla Azərbaycanla Ermənistan arasında danışıqların müxtəlif platformalarda getməsindən məmnundur", - ABŞ Dövlət Departamentinin rəsmisi deyib.

 





06.06.2023    çap et  çap et