525.Az

Ətraf mühitin qorunması mövzusunda təlimlər keçirilir


 

Ətraf mühitin qorunması mövzusunda təlimlər keçirilir<b style="color:red"></b>

Azərbaycanda orta məktəb müəllimləri üçün ətraf mühitin qorunmasına dair biliklərin təkmilləşdirilməsi məqsədilə "Yaradıcı İqlim Savadlılığı - orta məktəb müəllimləri üçün metodlar” layihəsinin icrasına başlanılıb.

525.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Fulbrayt Proqramının məzunları - Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva və  Kaliforniya Dövlət Universitetinin dosenti Əlison Məndəvilin rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində orta məktəb müəllimlərinin ekologiya və ətraf mühitin qorunması sahəsində biliklərinin artırılması nəzərdə tutulur.

Bu məqsədlə Amerikadan dəvət olunmuş mütəxəssis yerli müəllimlərlə təlimlər keçir. Ameriakdan daha bir neçə mütəxəssis də internet üzərindən təlimlərə qoşulur, ətraf mühitin mühafizəsi sahəsində öz təcrübələrini bölüşürlər.

Bakı şəhərindən yuxarı siniflərdə “Həyat bilgisi” tədris edən 10, respublikanın rayonlarından isə 10 nəfər müəllimin cəlb edildiyii təlimlər Azərbaycan dilinə sinxron tərcümə ilə ingilis dilində aparılır.

Təlimlər Bakı Modern Təhsil Kompleksində keçirilir.

Layihə çərçivəsində amerikalı mütəxəssislərin rəhbərliyi ilə ekologiya və ətraf mühitin qorunması mövzusunda kurrikulum hazırlanacaq və həmin kurrikulumdan 2023-cü ilin sentyabrından orta məktəblərdə mövcud kurrikulumda olan mövzuların zənginləşdirilməsi  məqsədilə istifadə ediləcək.

Sentyabr-noyabr aylarında təlim iştirakçısı olan müəllimlər yararlandıqları bilikərə əsasən dərslər keçəcək, bu dərslərin video-hesabatını hazırlayacaqlar. Bununla da təlimlərin real nəticəsi qiymətləndirilərək onlara beynəlxalq sertifikatlar veriləcək.

Layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. 

 





06.06.2023    çap et  çap et