525.Az

Almaniya: Şengen təhlükədədir


 

Almaniya: Şengen təhlükədədir<b style="color:red"></b>

İyunun 8-də Avropada keçiriləcək toplantının Şengenin tarixə çevrilməsinə səbəb ola biləcəyi bildirilir.

525.az xəbər verir ki, Almaniyanın daxili işlər naziri Nensi Fazer Şengenin təhlükə altında olduğu barədə xəbərdarlıq edib.

Avstriyalı həmkarı Gerhard Karner ilə görüşdən sonra Faeser bildirib ki, Avropa İttifaqı (Aİ) daxili işlər nazirlərinin iyunun 8-də keçiriləcək görüşündə birgə sığınacaq sistemi müzakirə ediləcək.

Faeser, həmçinin xəbərdarlıq edib ki, Aİ ümumi sığınacaq sistemində islahatlara dair razılığa gəlməsə, Şengen rejiminin tətbiqi təhlükə altına düşə bilər.

Qeyd edək ki, müzakirələrə sığınacaq müraciətlərinin Aİ-nin xarici sərhədlərində əvvəlcədən yoxlanılmalı olub-olmaması və qaçqınların Aİ ölkələri arasında necə bölüşdürüləcəyi daxildir.

Fərid Sançar

 





06.06.2023    çap et  çap et