525.Az

Rusiya: Ukraynanın Belqoroda hücumları nəticəsində 5 nəfər ölüb


 

Rusiya: Ukraynanın Belqoroda hücumları nəticəsində 5 nəfər ölüb<b style="color:red"></b>

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ordusunun ötən gün bölgəyə təşkil etdiyi hücumlarda 5 nəfərin həyatını itirdiyini bildirib. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Qladkov özünün "Telegram" kanalında Belqorod vilayətindəki vəziyyətlə bağlı açıqlama verib. 

Ukrayna Silahlı Qüvvələrinin dünən bölgəyə hücuma keçdiyini bildirən Qladkov: "Bölgənin Sobolevka kəndinə "Qrad" çoxlüləli reaktiv yaylım atəşi açılıb. Təəssüf ki, 3 nəfər həyatını itirib, 7 nəfər yaralanıb. Şebekino inzibati bölgəsinə edilən hücumda isə 2 nəfər həyatını itirib. Burada son 24 saatda 8 nəfər ölüb və yaralananlar var", - deyib.

Qladkov, həmçinin qeyd edib ki, hücumlarda bəzi binalar, qazpaylayıcı şəbəkə, su və elektrik xətləri zədələnib.

Malik Atilay

 





06.06.2023    çap et  çap et