525.Az

Rusiyanın raket hücumu nəticəsində 13 ukraynalı yaralanıb


 

Rusiyanın raket hücumu nəticəsində 13 ukraynalı yaralanıb<b style="color:red"></b>

Rusiya qüvvələrinin Ukraynanın Dnepr şəhərinə raket hücumu nəticəsində 13 nəfər yaralanıb. 

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hesabından paylaşdığı açıqlamasında Rusiya qüvvələrinin Dnepr şəhərinə hücum etdiyini bildirib. Zelenski bildirib ki, hücum nəticəsində iki mərtəbəli evə ziyan dəyib. 

Rusiya ordusunu Ukraynaya qarşı terror hücumları təşkil etməkdə ittiham edən Zelenski: "Ruslar dövlətimizə və xalqımıza qarşı törədilən hər şeyə görə cavab verəcəklər", - deyib. 

Ukraynanın itkiləri barədə isə Dnepr vilayətinin Dövlət Administrasiyasının rəhbəri Sergiy Lisak: "Raket hücumu nəticəsində ümumilikdə 13 nəfər yaralanıb. Yaralılardan üçü 6, 11 və 15 yaşlı uşaqlardı", - qeyd edib. 

Malik Atilay

 





06.06.2023    çap et  çap et