525.Az

Sürət həddini aşan iş adamına 121 min avro cərimə


 

Sürət həddini aşan iş adamına 121 min avro <b style="color:red">cərimə</b>

Finlandiyalı iş adamı Anders Viklof sürət həddi 50 kilometr olan yolda 82 kilometr sürətlə sürdüyünə görə təxminən 121 min avro cərimələnib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Finlandiyada oxşar cəzalar cinayətkarın gəlirinə görə hesablandığı üçün Viklof 121 min avro cərimələnib. Finlandiyanın Baltik dənizindəki muxtar bölgəsi olan Aaland adalarında yaşayan Viklof: "Mən həqiqətən buna görə təəssüflənirəm", - deyib. 

Məlumata görə, Viklof saatda 50 kilometr sürətlə getməli olan yolda saatda 82 kilometr sürətlə hərəkətdə olarkən, polis onu saxlayıb və cərimələyib. Cərimə ilə yanaşı, Viklofun sürücülük vəsiqəsi də 10 gün müddətinə müsadirə olunub.

Qeyd edək ki, Aalandda anadan olan Viklof logistika, helikopter xidmətləri, daşınmaz əmlak, ticarət və turizm sektorlarında fəaliyyət göstərən holdinqin idarə heyətinin sədri vəzifəsini icra edir. Finlandiyalı iş adamı 2018-ci ildə 63 min 680 avro, 2013-cü ildə isə 95 min avro cərimə ödəməli olub.

Malik Atilay

 





06.06.2023    çap et  çap et