525.Az

Çin və Fransa Ukrayna böhranını sülh yolu ilə həll edəcək


 

Çin və Fransa Ukrayna böhranını sülh yolu ilə həll edəcək<b style="color:red"></b>

Çin və Fransa Ukrayna böhranını sülh yolu ilə həll etmək barədə razılığa gəlib.

525.az bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.

Bəyanatda bildirilir ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çin diplomatiyasının rəhbəri Vanq ilə Fransa Prezidentinin müşaviri Emmanuel Bonn arasında telefon danışığı olub. Onlar ardıcıl olaraq toplanmağa və siyasi nizamlanmanın başlanması üçün şərait yaratmağa razılaşıblar.

Qeyd edək ki, telefon danışığı zamanı Vanq Yi Fransa lideri Emmanuel Makrona beynəlxalq platformalarda diplomatik müstəqillik nümayiş etdirdiyinə və Pekin ilə Avropa arasında daha fəal qarşılıqlı fəaliyyətə görə təşəkkürlərini bildirib.

Havar Şəfiyeva

 





06.06.2023    çap et  çap et