525.Az

32 mindən çox müəllimə test imtahanı məlumatları göndərilib


 

32 mindən çox müəllimə test imtahanı məlumatları göndərilib<b style="color:red"></b>


Müəllimlərin sertifikatlaşdırılmasında 8751 müəllim iştirak edib. 3127 müəllim prosesdən uğurla keçib və 2022-ci ilin sentyabr ayından etibarən onların əməkhaqqına 35 faiz əlavələr edilib. 5624 müəllim isə 10 faiz həcmində əlavə alır.

525.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin sertifikatlaşdırılması, onların işə qəbulu üzrə müsabiqə ilə bağlı media nümayəndələri ilə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, cari ildə prosesdə iştirak edəcək 32 mindən çox müəllimə mayın 18-də test imtahanı məlumatları göndərilib.

Bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair bütün ölkə üzrə 30 min müəllimlə görüşlər keçirilib, müəllimlərə prosesin təşkili və qiymətləndirmə çərçivəsi ilə bağlı məlumatlar təqdim olunub.

Sevinc Qarayeva 

 





06.06.2023    çap et  çap et