525.Az

Müəllimlərin sertifikatlaşdırılması 13 şəhər üzrə 31 mərkəzdə təşkil ediləcək


 

 Müəllimlərin sertifikatlaşdırılması 13 şəhər üzrə 31 mərkəzdə təşkil ediləcək<b style="color:red"></b>


Cari ildə müəllimlərin sertifikatlaşdırılması 13 şəhər üzrə 31 mərkəzdə baş tutacaq. Prosesə 8 min 500 müəllimin qoşulması gözlənilir.

525.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin sertifikatlaşdırılması, müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə bağlı media nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılması 2022-ci ildə 10 şəhər üzrə 15 mərkəzdə 5 min 500 müəllimi, 2021-ci ildə isə 12 şəhər üzrə 13 mərkəzdə 1 500 müəllimi əhatə edib.

Sevinc Qarayeva 

 





06.06.2023    çap et  çap et