525.Az

Havaların isti keçməsinə görə DİM imtahanların saatında dəyişiklik edib


 

Havaların isti keçməsinə görə DİM imtahanların saatında dəyişiklik edib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 11-də və daha sonrakı tarixlərdə, eləcə də iyul və avqustda keçiriləcək imtahanlar bu aylar üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

Bu barədə 525.az-a DİM-dən məlumat verilib.

İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə Mərkəzin saytına yerləşdirilir.

Sevinc Qarayeva 

 





06.06.2023    çap et  çap et