525.Az

"Azərbaycanlı futbolçuların inanılmaz keyfiyyəti var"


 

"Azərbaycanlı futbolçuların inanılmaz keyfiyyəti var"<b style="color:red"></b>

Estoniya millisinin baş məşqçisi Tomas Haberli Avro-2024-ün seçmə mərhələsində yığmamızla keçiriləcək görüşlə bağlı fikirlərini bildirib.

525.az xəbər verir ki, o, bugünkü mətbuat konfransında millimizin yüksək keyfiyyətli futbolçulardan təşkil edildiyini deyib:

“Əvvəlcə çətin rəqib olan Azərbaycanla səfərdə qarşılaşacağıq. Onların komandası əsasən yerli liqada oynayan futbolçulardan ibarətdir. Lakin ölkənin ən yaxşı klubu "Qarabağ" Avropada əla mövsüm keçirdi. Azərbaycan millisinin bir çox oyunçusu məhz bu klubdan gəlir. Onların inanılmaz keyfiyyəti var, amma biz buna hazırıq”, 

Xatırladaq ki, “Dalğa Arena”da oynanılacaq Azərbaycan - Estoniya matçı iyunun 17-də keçiriləcək.

 





06.06.2023    çap et  çap et