525.Az

Fransada kilsələr üçün ianə toplama kampaniyasına start verildi


 

Fransada kilsələr üçün ianə toplama kampaniyasına start verildi<b style="color:red"></b>

Fransada hökumət aşağı büdcəli kilsələri qorumaq və bərpa etmək üçün ianə kampaniyasına başlayıb.

525.az xəbər verir ki, Yelisey Sarayından verilən açıqlamaya görə, Prezident Emmanuel Makron dünən Normandiya sahillərində UNESCO-nun Ümumdünya İrs siyahısında yer alan Mont Saint-Michel kilsəsinin tikintisinin 1000-ci ildönümü mərasiminə qatılıb. O, ölkədəki mədəni strukturları qorumaq üçün genişmiqyaslı yardım kampaniyasına göstəriş verib. Fransa Mədəniyyət Nazirliyinin dəstəyi ilə 50 minə yaxın ibadət yerinin 10.500-nün qorunduğu ölkədə, Yelisey Sarayı xüsusilə az məskunlaşan ərazilərdə kilsələrin sağ qalması üçün geniş miqyaslı yardım kampaniyası həyata keçirib.

Qeyd edək ki, toplanan ianələrin 2019-cu ilin aprelində yanan və bərpa işləri davam edən Parisdəki tarixi Notr-Dam Katedralı üçün də istifadə olunacağı nəzərdə tutulur.

Məhəmməd Tağıyev

 





06.06.2023    çap et  çap et