525.Az

"Qəbələ" 4 futbolçusu ilə müqaviləni uzatdı


 

"Qəbələ" 4 futbolçusu ilə müqaviləni uzatdı<b style="color:red"></b>

Bu mövsüm Azərbaycan kubokunu qazanan “Qəbələ” dörd futbolçusu ilə müqaviləni yeniləyib.

525.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla anlaşmaların müddəti uzadılıb.

Bu futbolçularla imzalanan yeni müqavilələr daha iki ili əhatə edir. Əvvəlki anlaşmaları 2022-2023-cü illər mövsümünün sonunda başa çatan oyunçular 2025-ci ilin yayına qədər “qırmızı-qara”larda çıxış edəcəklər. 

“Qəbələ”nin tarixində ən çox oyun keçirən futbolçu olan Abbasov 267 dəfə (4 qol) komandanın heyətində meydana çıxıb. Musayev 104 (3 qol), Səfərov 57 (4 qol), Qırtımov 38 görüşdə "Qəbələ"nin formasını geyinib.

 





06.06.2023    çap et  çap et