525.Az

Konfrans Liqasının qalibi müəyyənləşir


 

Konfrans Liqasının qalibi müəyyənləşir<b style="color:red"></b>

Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq.

525.az-ın məlumatına görə, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gələcəklər. Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edəcək.

UEFA Konfrans Liqası

Final

7 iyun

23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə)

Baş hakim: Karlos Del Serro (İspaniya)

Praqa, "Eden Arena"

Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliya "Roma"sı olub.

 





07.06.2023    çap et  çap et