525.Az

İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa edilib


 

İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa edilib<b style="color:red"></b>

Sel suları nəticəsində gecə saatlarında İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 5 nöqtəsində yolun hərəkət hissəsinə lil və qaya parçalarının tökülməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, Agentliyin gecə boyu səhər saatlarına qədər apardığı təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yol boyu avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

 





07.06.2023    çap et  çap et