525.Az

Azərbaycan və Moldova arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib


 

Azərbaycan və Moldova arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib<b style="color:red"></b>

Azərbaycanla Moldova arasında iqtisadi münasibətlərin inkişaf istiqamətləri, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

Onun sözlərinə görə, bu barədə Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko ilə görüşdə fikir mübadiləsi aparılıb.

 





07.06.2023    çap et  çap et