525.Az

Ankaradan Azərbaycana məhsul ixracı 18 faizdən çox artıb


 

Ankaradan Azərbaycana məhsul ixracı 18 faizdən çox artıb<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Türkiyənin paytaxtı Ankaradan Azərbaycana 105 milyon 107 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

525.az Türkiyənin İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 18,2 % artım deməkdir.

Həmçinin cari ilin mayında Ankaradan Azərbaycana 16 milyon 399 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 23,6 % çoxdur.

 





07.06.2023    çap et  çap et