525.Az

Qəbələnin Laza kəndinə alternativ yolla hərəkət təmin olunub


 

Qəbələnin Laza kəndinə alternativ yolla hərəkət təmin olunub<b style="color:red"></b>

Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, Agentlik qısa müddətdə alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəlişi təmin edib.

Sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.

 





07.06.2023    çap et  çap et