525.Az

“Zülfi Hacıyev” kran gəmisi modernləşdirilib


 

“Zülfi Hacıyev” kran gəmisi modernləşdirilib<b style="color:red"></b>

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Zülfi Hacıyev” kran gəmisi "Bibiheybət” Gəmi Təmiri Zavodunda modernləşdirilib.

525.az-a bu barədə ASCO-dan məlumat verilib.

Layihə çərçivəsində 1982-ci ildə inşa olunan kran gəmisinin baş və köməkçi mühərrikləri dəyişdirilib. Mövcud iki ədəd baş mühərrikin əvəzinə, “Weichai” firması istehsalı olan yeni üç mühərrik alınıb. Onlardan ikisi işlək vəziyyətdə, digəri isə gözləmə rejimində olacaq və mühərriklərdən biri sıradan çıxarsa, avtomatik işə düşəcək.

 





07.06.2023    çap et  çap et