525.Az

Bolqarıstanın eks-prezidenti: “Azərbaycan Aİ üçün çox qiymətli və əvəzolunmaz tərəfdaşdır”


 

Bolqarıstanın eks-prezidenti: “Azərbaycan Aİ üçün çox qiymətli və əvəzolunmaz tərəfdaşdır”<b style="color:red"></b>

“Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri üçün çox qiymətli və əvəzolunmaz strateji tərəfdaşa çevrilib”.

525.az xəbər verir ki, bunu “Report”a Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə iştirak edən Bolqarıstanın eks-prezidenti Rosen Plevneliyev deyib.

"Bir il əvvəl Bolqarıstanda qaz təchizatı kəsiləndə Azərbaycan kömək əlini bizə uzadaraq yardım etdi. Hazırda ümumi strateji baxışa malik olduğumuzla fəxr edirik. Biz qaz interkonnektorlarına və s. birgə sərmayə yatırmağı planlaşdırırıq", - eks-prezident bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təbii qaz tədarükünün genişləndirilməsi ilə bağlı yeni baxışı hamı üçün faydalı olacaq.

R.Plevneliyev bu gün Şuşada keçirilən beynəlxalq tədbirdə iştirak etməkdən qürur duyduğunu sözlərinə əlavə edib: “Burada iştirak etməkdən qürur duyuram, çünki mən Azərbaycanın bu yerlərin bərpası və reinteqrasiyasına dair uzunmüddətli planlarına inanıram. Bu gün biz dünyanı necə daha dayanıqlı və çiçəklənən etməyin yollarını müzakirə edəcəyik".

Bizim Telegram kanal

 





07.06.2023    çap et  çap et